Georgi Çixradze: Çox yorğun idik
02.12.2012 - 16:40
Georgi Çixradze: Çox yorğun idik
“Hesabı biz açdıqdan sonra rəqib komanda təzyiqi artırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Topaz Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər oyununda 1:0 hesabı ilə qalib gələn zaqatalalıların çalışdırıcısı oyunu şərh edib: “Hər iki komanda sona kimi mübarizə apardı. AZAL ilə kubok oyunundan sonra çox yorğun idik. Bizim üçün 3 xalı qazanmaq vacib idi, buna nail olduğumuz üçün komandanı təbrik edirəm”.

Mənbə: pfl.az