Rail Məlikov üçün 1 xal
02.12.2012 - 18:48
Rail Məlikov üçün 1 xal
Türkiyə çempionatının 1-ci liqasında növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan mili komandasının futbolçusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” öz meydanında “Manisaspor”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Məlikov bu matça start heyətində çıxaraq əvəzolunmadan 90 dəqiqə meydanda olub.