Kaxaber Sxadadze: “Rəvan” topu özündə saxlayan komandadır
02.12.2012 - 19:07
“Rəvan”ın oyununu təhlil etmişdim. Onlar topu özündə çox saxlayan komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XV turunun “Rəvan”la ev oyunu (2:0) haqda fikirlərini açıqlayıb: “Qısa ötürmələrlə bir-birlərini yaxşı başa düşürlər. İstədiyimiz qolu vursaq da, rəqib mərkəzdə daha yaxşı oynayırdı. Ona görə, biz də “Rəvan”a boşluqlar verirdik. Sonda qalib gəldik, əsas odur ki, öz oyunumuzu göstərə bildik. Komandamı təbrik edirəm. Rəqibə də, gələcək oyunlarda uğurlar arzu edirəm”.

0
0