“İnter” avtoqolla qalib gəldi
02.12.2012 - 19:58
Avropa Liqasınn qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliya “İnter”i növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi İtaliya çempionatında “Palermo” ilə qarşılaşıb. A seriyasının ev oyununda hesabı qonaqların üzvü Qarsia açıb. O, 74-cü dəqiqədə avtoqol müəllifi olub. Matçda yeganə olan bu qol “İnter”ə 3 xal qazandırıb.
Qeyd edək ki, “Neftçi” dekabrın 6-da qrupda keçirəcəyi son oyununda “İnter”in qonağı olacaq.
Qeyd edək ki, “Neftçi” dekabrın 6-da qrupda keçirəcəyi son oyununda “İnter”in qonağı olacaq.
0
0