Popoviç “Turan”dan qovuldu: Bazada içib, pis hala düşürdü
03.12.2012 - 11:31
“Andrey Popoviç komandadan kənarlaşdırılıb. O, yaxşı qapıçıdır, amma...”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov deyib.
Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “Turan” matçın əvvəlində hesabı açsa da, son saniyələrdə qapıçı Popoviçin rəqib futbolçu Manuel Skarlatakeyə qarşı təhlükəli oynaması hakimin penalti təyin etməsinə və qolkiperin meydandan qovmasına gətirib çıxarmışdı. Məhz bu hadisə sonradan Tovuz təmsilçisinin kubokda mübarizəni dayandırmasına səbəb oldu.
Əslində, “Kəpəz”lə Topaz Premyer Liqasının XI turunda dünənki oyunda meydana çıxmamağını rəhbərlik tərəfindən qapıçıya verilən cəza kimi başa düşməyə çalışsaq da, sonradan məlum oldu ki, Popoviç komandadan qovulub. Sən demə, qolkiperin qovulması tək Lənkəran təmsilçisi ilə matçda yol verdiyi səhvlə bağlı deyilmiş.
“Popoviçin qovulmasının səbəbi Skarlatakeyə qarşı karate fəndi ilə oynaması, eləcə də, spirtli içki düşkünü olmasıdır. Bazada içib özbaşınalıq edirdi. Ona deyilmişdi ki, yalnız oyundan sonra müəyyən miqdarda spirtli içki qəbul edə bilərsən. Qalan günlərdə isə növbəti matça hazırlaşmalısan. O isə 3-4 gün içir, pis hala düşürdü. Bir sözlə, nizam-intizam qaydalarını pozduğu üçün “Bakı” klubuna qaytarılıb. Qapıçı komandanın kubokdakı ümidini alt-üst elədi” – deyə, Talıbov, bildirib.
Əfqan Talıbov Popoviçin qovulmasından sonra qapıçı problemi ilə üzləşməyəcəklərini vurğulayıb. Belə ki, artıq əvəzedici komandanın qapıçısı əsas heyətə cəlb edilib: “Qapıçı problemi olmayacaq. Əvəzolunmaz futbolçu yoxdu. Hər şey qaydasındadır. Əvəzedici komandadan Natiq Səhrətovun dəvət etmişik. O. İvan Qrabovaçın əvəzedicisi olacaq. Təbii ki, qarşıdakı oyunlarda Natiqə də oynamaq üçün şərait yaradacağıq”.

0
0