FİFA MDB çempionatına münasibət bildirdi
03.12.2012 - 12:22
FİFA MDB çempionatına münasibət bildirdi
FİFA MDB çempionatının keçirilməsinə reaksiya verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu keçmiş SSRİ çempionatının bərpası olan ideya ilə bağlı xəbərsizdir.

Bu üzdən də FİFA-nın mətbuat xidmətinin Rusiya mətbuatına ünvanladığı məktubda qeyri-müəyyənlik sezilir: “Təəssüf ki, bu layihə ilə bağlı heç bir məlumatımız yoxdur. Əgər hansısa konkret informasiyamız olarsa, onda bunu şərh edərik. İndi isə şərh etməli heç nə yoxdur”.