“Azərbaycan klubları 2 futbolçumuzla maraqlanır”
03.12.2012 - 13:29
 “Azərbaycan klubları 2 futbolçumuzla maraqlanır”
Ukraynanın “Odessa” klubunun 2 futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu I dəstə təmsilçisinin baş məşqçisi Andrey Parxomenko açıqlayıb.

O, Ukrayna mətbuatına müsahibəsində əsas heyətin 2 üzvünün itkisi ilə barışmaq üzrə olduğunu bildirib: “Bilirəm ki, Azərbaycan gedən Ruslan Zubkovun ardından oranın klubları daha 2 oyunçumuzla maraqlanırlar. Bunlar Platunov və Pospelovdur. Onlar da ki, iddialı oyunçulardır, futbolda öz məqsədləri var”.

Qeyd edək ki, 21 yaşlı Dmitri Pospelov müdafiəçidir. Futbola Dnepropetrovskda başlayan arxa xətt oyunçusu 14 yaşından Odessaya köçərək müxtəlif klublarda çıxış edib. I dəstədə “Odessa”nın heyətində 50 oyun keçirib. Onun həmyaşıdı Sergey Platunov isə yarımmüdafiəçidir. Karyerasına Odessa komandalarında başlayan orta sahə oyunçusu I dəstədə 62 matçda 1 qol vurub.