Mahir Şükürov gözəllərin əhatəsində
03.12.2012 - 14:14
Mahir Şükürov gözəllərin əhatəsində
Topaz Premyer Liqasının XI turunda dünən “Neftçi” – “Qarabağ” matçından sonra maraqlı an yaşanıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın futbolçuları məğlubiyyətə baxmayaraq, öz keflərindən qalmayıblar.

Belə ki, paytaxt təmsilçisinin təcrübəli müdafiəçisi Mahir Şükürov stadiondan ayrılarkən, 2 gözəl qızla görünüb. Futbolçu arenanı onların əhatəsində tərk edib.

Qeyd edək ki, “Neftçi” dünən “Qarabağ”a 0:1 hesabı ilə uduzub.