Andrey Popoviç baş məşqçini yalançı çıxardı - MÜSAHİBƏ
03.12.2012 - 14:25
“Turan” klubundan qovulan Azərbaycan millisinin qapıçısı Andrey Popoviçin apasport.az saytına müsahibəsi
- “Turan”dan çıxarılmağınızla bağlı nə deyə bilərsiniz?
- Mən “Xəzər Lənkəran”la kubok matçında Manuel Skarlatake ilə toqquşan epizodda qasıq nahiyəmdən xəsarət aldım. Onda baş məşqçi gördü ki, oynaya bilməyəcəyəm. Belə razılaşdıq ki, onsuz da icarəm bitir, 3 tur qalıb və baş məşqçi məni buraxdı.
- Ancaq baş məşqçi Əfqan Talıbov saytımıza açıqlamasında nizam-intizam qaydalarını pozduğunuzu bildirib...
- Bu, onun fikridir. Zədəyə görə oynaya bilmədiyimdən, gedişimə icazə verdilər.
- Komandadan çıxarılmağınızı sizə rəsmən demədilər?
- Heç nə deməyiblər. Sonradan komanda yoldaşlarımdan eşitdim.
- Problemi rəhbərlik səviyyəsində aydınlaşdırmadınız?
- Soruşdum, ancaq tam cavab vermədilər.
- Konkret kimdən soruşdunuz?
- Baş məşqçidən.
- Kubok matçının son saniyələrdə penalti “qazanmaqla”, komandanızı qələbədən məhrum etdiniz. Buna necə izah verərdiniz?
- Açığı, həmin epizodda penalti vardı. Ancaq qırmızı vərəqə yox idi. Orda sarı vərəqə ilə kifayətlənmək olardı.
- Talıbov sizin həm də spirtli içki aludəçisi olduğunuzu bildirib...
- Əslində, mən bazada içməmişəm. Yalnız 1-2 günlük istirahət zamanı içmişəm. Ancaq oyuna 1-2 gün qalmış içməyim doğru deyil.
- Sizcə, peşəkar futbolçu spirtli içki qəbul etməlidir?
- Ola bilsin düzgün etmirəm. Mənim əvvəl də içki ilə bağlı problemim olub. Ancaq ondan sonra özümə açıq-aşkar yerdə içməyi, məni görmələrinə imkan verməmişəm.
- Siz həm də millinin futbolçusu olduğunuzdan, adınız ləkələnir...
- Bunu başa düşürəm və bu haqda düşünmüşəm. Son vaxtlar içki ilə bağlı problemim olmayıb.
- Yadınızdadır, bu ilin fevralında Dubaydakı təlim-məşq toplanışı zamanı da içkiyə görə uzun müddət yığmaya çağırılmadınız...
- Doğrudur. Həmin hadisədən sonra millinin baş məşqçisi Berti Foqtsla söhbətim oldu. O, mənə məsləhətlərini verdi. Foqtsu başa düşdüm və o, məni Şimali İrlandiya ilə rəsmi oyuna çağırdı.
- Gələcək taleyinizi necə görürsünüz?
- Artıq “Turan”dan getmişəm. İnşallah, təklif var və bu baxımdan problemim yoxdur.
- Təklif haradandır?
- Hələlik söhbət getdiyindən, konkret heç nə deyə bilmərəm. Ola bilər ki, Ukraynaya qayıtdım. Bəlkə də Azərbaycanda qaldım. İstənilən halda, yaya kimi “Bakı” ilə müqaviləm var.
- “Bakı”ya qayıtmağı düşünürsünüz?
- “Bakı” rəhbərliyi ilə söhbətim olacaq. Bilmək istəyirlər ki, “Turan”dan niyə getmişəm. Baş məşqçi qovulduğumu deyib, onlar səbəbi bilmədiklərindən, mənimlə danışmaq istəyirlər. Bundan əlavə, “Bakı”nın baş məşqçisi Bojidar Bandoviçlə mənim haqqımda nə düşündüyü haqda söhbətləşəcəyəm. Bilmək istəyirəm ki, onun komandasında qalmaq şansım var, yoxsa yox.
- Necə düşünürsünüz, “Bakı” sizi qaytaracaq?
- Bilmirəm. Heyətə düşmək şansım olacaqsa, qışda təlim-məşq toplanışında buna çalışacağam. Yoxdursa, məni sakitcə buraxa bilərlər. Transfer vərəqim əlimdə olanda, özümə rahat klub tapa bilərəm. Fikrimcə, “Turan”dan çıxarılmağım kubok oyunu, yaxud alkoqolla bağlı deyil. Əsl səbəb başqadır.
- Nə?
- Açığı, bunu hələlik bilmirəm. Ancaq Talıbov yalan danışır. Əgər söhbət belə davam edəcəksə, hər şeyin necə olduğunu açıqlayacağam.

0
0