“MDB çempionatının özəyini Rusiya və Ukrayna klubları təşkil edəcək”
03.12.2012 - 14:44
“MDB çempionatının özəyini Rusiya və Ukrayna klubları təşkil edəcək”
“Əgər təklif etdiyim çempionata MDB ölkələrinin hamısı qatılarsa, möhtəşəm olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller deyib.

O, MDB çempionatının təşkil olunması ilə bağlı verdiyi ideyanın geniş müzakirələrə səbəb olmasından sonra məsələyə bir daha qayıdıb: “Bu suala cavab yaxın zamanda aparılacaq real praktiki işlərdən sonra veriləcək. Lakin bir şeyi indidən tam dəqiq demək olar: çempionatın özəyini Rusiya və Ukrayna klubları təşkil edəcək”.