Karles Martorell məğlubiyyətə şərh verdi
03.12.2012 - 15:17
Karles Martorell məğlubiyyətə şərh verdi
“Oyunun bir gün ertələnməsi bizə qələbə qazanmaqda mane oldu. Dünən daha yaxşı oynamışdıq. Qarşılaşmada əsas söz sahibi də biz idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Martorell deyib.

AZAL ilə bu gün keçirilən oyundan sonra mətbuat konfransına çıxan ispaniyalı məşqçi AZAL-ın bu gün onlardan daha yaxşı təsir bağışladığını etiraf edib: “Oyunun qalan 36-cı dəqiqəsində AZAL bizdən daha yaxşı oynadı. Çempionatın sıx qrafikdə keçməsi futbolçuların həddən çox yorğun olmasına səbəb olur. Onlar bu gün çox yorğun görünürdü. Azarkeşlərimizə qələbə bəxş edə bilmədiyimizə görə üzgünəm”.

Qeyd edək ki, dünən “Xəzər Lənkəran” – AZAL oyununun 54-cü dəqiqəsində güclü duman olduğundan, qarşılaşmanın qalan dəqiqələri bu gün keçirilib.