Vaqif Sadıqovun bir günlük təhlili
03.12.2012 - 15:26
“İki gün ərzində çox ağır oyun keçirdik. Qələbə qazandığımız üçün sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Millinin sabiq çalışdırıcısı bu gün “Xəzər Lənkəran”la keçirilən oyundan sonra mətbuat konfransında dünənki 54 dəqiqədən dərs çıxardıqlarını etiraf edib: “Xəzər Lənkəran” kimi güclü rəqibə qarşı bu gün gözəl oyun nümayiş etdirdik. Dünən axşam oyunun yarımçıq qalan hissəsini təhlil etmək imkanımız olmuşdu. Bunun nəticəsində də qələbə qazandıq. Bu qələbə bizim üçün önəmli idi. Çünki neçə tur idi ki, qalibiyyət nə olduğunu bilmirdik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL oyunu 1:2 hesabı ilə başa çatıb.

0
0