“Neftçi” üçün bosniyalılar
03.12.2012 - 15:54
“Neftçi” üçün bosniyalılar
“Neftçi”nin Avroliqanın qrup mərhələsində “İnter”lə baş tutacaq oyununda baş hakimin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 6-da fit sahibi Bosniya və Herseqovinadan olan Emir Aleçkoviç olacaq.

Bosniya mətbuatının yaydığı xəbərə görə, 33 yaşlı referi bu matçda əsas söz sahibi olacaq. Onun köməkçiləri açıqlanmasa da, onların da bu ölkədən olacağı dəqiqdir.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu yerli vaxtla 21:05-də olacaq.