Klubdan xəbərsiz prezident
03.12.2012 - 16:08
Bu yaxınlarda hansısa saytlardan birində Yaşar İbrahimovun açıqlamasına rast gəldik. “Turan”ın prezidenti hər vəchlə and-aman etməyə çalışırdı ki, vallah-billah, biz yeni sponsorla müqavilə bağlamamışıq. Məsələdən agah olmayanların nəzərinə çatdırım ki, bu açıqlama apasport.az saytının xəbərindən sonra yerləşdirilmişdi.
Söhbət isə ondan gedirdi ki, Tovuz klubunun vitse-prezidenti Namiq Məstanov əməkdaşımıza komandanın formalarında mövsümün sonunadək “Bank of Azerbaijan” sözlərinin olacağını demişdi. Ancaq Yaşar İbrahimov elə danışmışdı ki, az qala doğru danışan Namiq Məstanovun bağrı çatlamışdı...
Şəxsən İbrahimovun açıqlamasından sonra bir qənaətə gəldim. Görünür, Yaşar bəy hələ klub prezidenti olsa da, rəhbərlik etdiyi qurumda bəzi klub prezidentləri kimi söz sahibi deyil. Əsas söz sahibi isə Namiq Məstanovdur ki, o da prezidentə bir söz deməmiş iş görüb.
Halbuki, yaxşı yadımdadı ki, İbrahimov istefa verən Əsgər Abdullayev haqda bu sözləri işlətmişdi. Sitatı eynilə həkk edirəm bura ki, qulaqlara da həkk olsun: “Mən həmişə demişəm, bu gün də deyirəm ki, Əsgər müəllim yaxşı məşqçidi, amma yaxşı rəhbər deyil. Məşqçidi, tabeliyində işçilər var. Onlara rəhbərlik edə bilmirdi. Yaxşı oğlandı, savadlıdı, amma üzüyumşaqdı”.
Fikrimizcə, indi bu sözləri İbrahimov haqda deməyə tam cəsarətimiz çatar. Siz yaxşı insan ola bilərsiz. Ancaq klub prezidenti olsaz da, klubdan xəbəriniz yoxdur. Komandanız iki turdur ki, yeni sponsorun adı üzərində həkk olunan formalarla meydana çıxır, siz isə heç nədən hali deyilsiz...
Əgər dediklərimizə də inanmadızsa, təqdim edəcəyimiz şəkilə diqqətlə baxın...
SƏBUHİ TOFİQOĞLU

0
0