Millimiz üçün düşərli hakim
03.12.2012 - 16:38
“Neftçi”nin “İnter”lə oyununda ədaləti qoruyacaq Emir Aleçkoviç ölkəmiz üçün uğurlu hakimdir. Apasport.az saytının məlumatına görə, 33 yaşlı referi bir dəfə yığma komandamızın oyununu idarə edib.
Belə ki, Aleçkoviçin briqadası bu ilin fevralın 29-da 21 yaşadək futbolçulardan ibarət millimizin (U-21) İslandiya ilə görüşündə də iş başında olmuşdu. “Dalğa Arena”da keçirilən matçda komandamız Əli Gökdəmirin vurduğu yeganə topla qrupda ilk qələbəsini qazanmışdı. Bununla da U-21 xalını 4-ə yüksəldərək sonuncu pilləni adalılara vermişdi.
Aleçkoviç hazırda Bosniya və Herseqovinanın fəxri sayılır. Çünki ölkə müstəqil olduqdan sonra ilk dəfə Avroliqanın qrup mərhələsində bir hakimlə təmsil olunur. O, oktyabrın 25-də Eyndhovendə PSV-nin AİK-lə oyununu idarə edib. Həmin matçda gözlənilmədən hollandlar isveçlilərlə bacarmamışdı – 1:1.
Qeyd edək ki, UEFA-nın 2-ci kateqoriyalı hakimi sayılan Aleçkoviç ilk dəfə bir İtaliya klubunun oyununda fit səsləndirəcək.

0
0