“Bakı”nın 2 futbolçusu bu gün millidən ayrılacaq
03.12.2012 - 16:47
“Bakı”nın 2 futbolçusu bu gün millidən ayrılacaq
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ” üzərində qələbənin ardınca “Bakı” istirahət etmədən bu gün məşq keçib. Apasport.az saytının məlumatına görə, məşq prosesində futbolçular iki hissəyə bölünüb.

Birinci komandanın heyəti dünənki oyunda bütün 90 dəqiqəni meydanda keçirən futbolçulardan təşkil olunub. Onlar üçün məşq prosesi nisbətən yüngül formada keçib. Digər komanda isə adi qaydada calışıb.

Bugünkü məşqdə milli komandanın seleksiya xarakterli toplanışına göndərilən Aqil Məmmədov, Şəhriyar Əliyev və Namiq Ələsgərov iştirak etməyib.

Qeyd edək ki, Azərbaycan milli komandası dekabrın 3-dən 5-dək gündə iki dəfə olmaqla məşq prosesi keçəcək. Amma “Bakı”nın dekabrın 6-da Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la 6-cı turdan təxirə salınmış səfər oyununa çıxacağını nəzərə alsaq, Aqil Məmmədov və Şəhriyar Əliyev sabah komandaya qoşulacaq. Onlar bu gün milli ilə məşq edib düşərgəni tərk edəcək.