Ufuk Budakın komandasından heç-heçə
03.12.2012 - 17:24
Ufuk Budakın komandasından heç-heçə
Millimizin üzvü Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor” Türkiyə Superliqasında doğma meydanda qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, “şimşəklər” turnir cədvəlində eyni xala malik olan “Kasımpaşa”nın müqavimətini qıra bilməyib – 2:2.

Qeyd edək ki, Ufuk Budak zədəli olduğundan, komanda ilə məşqlərdə iştirak etmir. Bu üzdən onun adının “18-lik”də olacağı gözlənilmirdi.