“Rəşad Sadiqovu anlamaq olar...”
03.12.2012 - 18:15
“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının XV turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Əzəli rəqiblə 50-ci dueldən qalib ayrıldınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Bu qarşılaşmadan 3 gün əvvəl ağır matç keçirmişdik. Ölkə kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə qarşılaşdıq. Bildiyiniz kimi, həmin görüş 120 dəqiqə davam etdi. Uşaqlarda yorğunluq var idi. Çünki meydançanın vəziyyəti heç də yaxşı deyildi. “Neftçi”yə gəlincə, rəqibin gücü haqda hamının məlumatı var. Avropa Liqasında çıxışlarını davam etdirdiklərindən, yaxşı formadadırlar. Onların qarşısını kəsmək olduqca çətin idi. Amma biz bunu bacardıq. Yaratdığımız imkanlardan istifadə etdik və 3 xalımızı qazandıq.
- “Kəpəz”lə görüşdəki yorğunluq ikinci hissədə aşkar hiss olunurdu...
- Açığı, “Kəpəz”lə oyunda iştirak etmədiyimdən yorğun deyildim. Sadəcə, uşaqların nələr çəkdiyini yaxşı başa düşürəm. Çünki Gəncə stadionunun qazonu bərbad vəziyyətdə idi, oynamaq mümkün deyildi. Bununla belə, baş məşqçi bizi oyuna yaxşı hazırlaşdırdı. Hər komanda ilə görüşə “Neftçi”yə olduğu kimi hazırlaşmırıq. Bu dəfə çox ciddi yanaşmışdıq. Bu tempdə də davam etməyi düşünürük.
- İkinci hissədə komandanızın müdafiəyə çəkilməsini yorğunluqla əlaqələndirmək olar?
- Hesab açılanadək oyun bərabər səviyyədə gedirdi. Amma qoldan sonra bu üstünlüyümüzü qorumağa çalışdıq. Gücümüzü ön xətdə deyil, müdafiəyə yönəltdik. Əks-hücumlarda onları yaxalamaq istəyirdik. Fikrimcə, bütün oyun bu şəkildə davam etdi. Həm də udmaq istəyirsənsə, bütün vaxtı müdafiədə keçirə bilməzsən. İrəli də çıxmaq lazımdır. Yekunda rəqibin hücumunu zərərsizləşdirdik, qapımızın təhlükəsizliyini qorumağı bacardıq.
- “Neftçi”nin heyətində Julius Vobay, Flavinyo kimi texnikası yüksək olan futbolçular yer alıb. Onları saxlamaq çətin olmadı?
- Əlbəttə, rəqibin heyətində çox səviyyəli futbolçular var. Adını çəkdiyiniz futbolçular bu gün ölkəmizdə ən yaxşılardandır. Onlara qarşı oynamaq üçün çox çalışdıq. Necə oynayacağımızı düşünürdük. Məncə, istəyimizə nail olduq. Ola bilsin, kimsə-kimisə aldadıb, keçsin. Amma bir-birimizi sığortalamağı bacardıq. Buna görə də problemimiz olmadı.
- Futbolçular arasında da gərgin anlar yaşandı. Vüqar Nadirovla Bruno Bertuççi, Rəşad Sadiqovla Riçard Almeyda əlbəyaxa oldular. Bu nədən qaynaqlanırdı?
- Hansısa komanda uduzanda başlayır söz-söhbət yaratmağa. Onlar bununla da təzyiqi artırmağı düşünürdülər. Almeyda legionerdir və bəzi sözləri düzgün başa düşmür. Üstünə qışqıranda elə bilir ki, onu söyürlər. Epizoda diqqət yetirsək, görərik ki, bu adi oyun qaydasıdır. Heç nə olmayıb. Sonradan hər ikisi əl-ələ verib, soyunub-geyinmə otağına yollandılar.
- Rəşad Sadiqov əvvəllər “Qarabağ”da oynayıb. Bu gün onun sabiq komandasına qarşı belə aqressiv olmasını normal qarşılayırsınız?
- Futbolda aqressivlik hər zaman olur. Adicə topu itirən zaman dərhal hirslənirsən. Rəşad da öz komandasının kapitanıdır. Onu da başa düşmək olardı, uduzurdular.
- “Qarabağ”ın arxada qalan 15 tur ərzində əldə etdiyi nəticəni necə dəyərləndirisiniz?
- Bu gün zəif komanda yoxdur. Liderlər qrupunda yer alan komandalar elə oyunlarda xallar itirirlər ki, lap məəttəl qalırsan. “Turan”ı götürək. İddialılardan xallar aldı. Ona görə də daha ciddi hazırlaşmalıyıq.
- İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?
- Buna hazırıq. Hər ikisi fərqli yarışdır. Kubokda hər mərhələdə iki oyun oynayacağıq. Amma çempionatda 90 dəqiqəlik mübarizədir.

0
0