“Bəyəm milli komanda uşaq bağçasıdır?”
04.12.2012 - 00:01
“Rəvan” klubunun qapıçısı Davud Kəriminin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XV turunda “İnter”ə yenə 0:2 hesabı ilə uduzdunuz. Bu rəqiblə qarşılaşmalar niyə sizin üçün uğursuz alınır?
- Vallah, bunun səbəbini mən də bilmirəm. “Muğan”da olan vaxt da bu komanda ilə bacara bilmirdik. Ancaq düşünürəm ki, bu dəfə onlara qarşı yaxşı çıxış etdik. Pis oyun nümayiş etdirmədik. Sadəcə, bəxtimiz gətirmədi.
- Buraxdığınız ikinci qolda səhv buraxdığınızı etiraf edirsizmi?
- Həmin qolda səhvimin olmadığını hamıya sübut etməyə hazıram. Sadəcə, Baçana Sxadadzenin topa toxuna bilməməsi məni çaşdırdı. Onun ayağı topa dəysə idi, mən zərbəni dəf edəcəkdim. Çünki düzgün mövqe tutmuşdum. Ancaq o toxuna bilməyincə, top Samir Zərgərovun önünə düşdü. Samir isə zərbəni vuranda artıq reaksiya göstərməyim mümkünsüz idi.
- Millinin seleksiya xarakterli təlim-məşq toplanışı start götürüb. Ancaq ora çağırılan qapıçılar arasında Aqil Məmmədov, Emil Balayev və Eyyub Əliyev kimi klublarında heyətə düşməyənlər var. Halbuki, Orxan Sadıqlı və siz mütəmadi olaraq komandanızda əsas heyətdə yer alırsız. Adi seleksiya xarakterli toplanışa çağırılmamağınız sizə narahatçılıq yaratmır ki?
- Niyə yaratmır ki? Hamı millidə oynamaq istəyir. Ancaq heç olmasa adi seleksiya xarakterli toplanışa çağırsınlar. Hər üç qapıçıya hörmətim var. Ancaq onların yeri hazırkı durumda milli deyil. Axı onlar klublarında heyətə düşmür. Bəyəm milli komanda uşaq bağçasıdır? Klubunda heyətə düşən Asif Məmmədov, Rəşad Abdullayev və “Simurq”dan bəzi futbolçular kənarda qalırsa, daha mən nə deyim? Yaxınlarda Asifin bir müsahibəsini oxudum. Yazıq düz deyir də. Deyir ki, millidə oynamaq üçün hökmən Almaniyanın hansısa məhəllə komandasında top qovmalıyıq? Mən inanmıram ki, bütün bunlar Berti Foqtsun işidir. Çünki oyunlarımızı o izləmir. Çempionat görüşlərinə gəlib tamaşa edən yerli məşqçidir...
- Sözünüzdən belə aydın olur ki, bu məsələdə Nazim Süleymanovu günahlandırırsız...
- Mən bu məşqçi ilə heç vaxt bir yerdə işləməmişəm. Ona hörmətim var. Ancaq necə olur ki, “Rəvan”a gələn bütün məşqçilər məni bəyənir, tək Nazim Süleymanov bəyənmir. Çox demirəm, azı bir dəfə toplanışa çağırsınlar. Əgər Foqtsun xoşuna gəlməsəm, sakit kənara çəkilərəm.
- Növbəti turda rəqibiniz “Neftçi”dir. Bu qarşılaşma haqda nə deyə bilərsiz?
- Bu komandaya qarşı oynamaq xüsusi hissdir. Vaxtilə bu komandada çıxış edəndə Tərlan Əhmədov və Kamal Quliyevlə birgə məşq etmişəm. İndi onlar məşqçidir. “Neftçi”nin İtaliyadan qayıdacağını nəzərə alsaq, məncə, onlar bizə qarşı yorğun halda meydana çıxacaq. Biz isə bundan maksimum yararlanmağa çalışacağıq.

0
0