“Dənizlispor” “Xəzər Lənkəran”ın aqibətilə üzləşdi
03.12.2012 - 19:04
Rail Məlikovun çıxış etdiyi “Dənizlispor”un aktivindən 9 xal silinə bilər. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümündə müqaviləsi birtərəfli şəkildə pozulan braziliyalı futbolçu Uesli Qonsalveş 330 min dollar təzminat almaq üçün İdman Arbitraj Məhkəməsinə (İAM) müraciət edib.
İAM isə “Dənizlispor”a 1 ay içində bu para ödənməsə, komandanın aktivindən 9 xal silinəcəyini, klub bu pulu ödəməkdən imtinada davam edərsə, daha bir aşağı dəstəyə düşəcəyi qərarını verib.
2008/09 mövsümünün qış fasiləsində klubla 2.5 illik müqavilə bağlayan Uesli 7 matç oynadıqdan sonra o vaxtkı prezident Ali İpəkdən komandadan ayrılmaq üçün 50 min dollar istəyib. Tələbi qəbul etməyən İpək isə müqaviləni biritərəfli qaydada pozub.
Belədə ölkəsinə qayıdan futbolçu FİFA-ya müraciət edərək 2.5 il ərzində alacağı pulun hamısını tələb edib. FİFA futbolçunu haqlı bilincə, “Dənizlispor” İAM-a müraciət ünvanlayıb. Ancaq İAM da FİFA-nın qərarını dəstəkləyib TFF-yə kluba sanksiya tələb edilməsi üçün məktub göndərib. “Dənizlispor”un hazırkı prezidenti Süleyman Urkay da verdiyi açıqlamasında bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, bu il “Xəzər Lənkəran” da “Dənizlispor”un aqibəti ilə üzləşmişdi. Maraqlıdır ki, cənublular da braziliyalı futbolçuya ödəməli olduğu borca görə sanksiya ilə üzləşmişdi. O zaman FİFA-nın Mübahisələrin Həlli Palatası Romulo Silvano Silvaya görə klubdan 114 min dollar tələb edirdi. “Xəzər Lənkəran” isə 1 ay ərzində ödəməni gecikdirdiyi üçün aktivindən 6 xal çıxılması təhlükəsi ilə üzləşmişdi.

0
0