“Braqa” - “Qalatasaray” matçında italiyalılar
03.12.2012 - 20:06
“Braqa” - “Qalatasaray” matçında italiyalılar
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Braqa” - “Qalatasaray” oyununu italiyalı hakimlər briqadası idarə edəcək. Apasport.az saytının məlumatına görə, görüşün referisi Nikola Rizolli olacaq.

Onun köməkçiləri isə Renato Faverani və Andrea Stefanidir. “Municipal” stadionunda baş tutacaq qarşılaşmada Rizollinin əlavə köməkçiləri Antonio Damato ilə Paolo Valeri olacaq.

Qeyd edək ki, H qrupunda mübarizə aparan komandaların oyunu dekabrın 5-da Bakı vaxtı ilə saat 23:45-də start verəcək. Portuqaliya təmsilçisinin qrupda 3, “Cim-Bom”un isə 7 xalı var.