İstanbulda portuqaliyalı referi
03.12.2012 - 20:35
İstanbulda portuqaliyalı referi
UEFA Avropa Liqasının C qrupunda mübarizə aparan “Fənərbaxça” - "Borussiya" matçı, portuqaliyalı hakimlər briqadasına tapşırılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın referisi Manuel Jorje Neves Moreira De Sousa olacaq.

Onun köməkçiləri isə Bertino Cunha Miranda və Rui Licino Barbosa Tavaresdir. Bununla yanaşı De Sousanın əlavə köməkçiləri Artur Manuel Ribeiro Soares Diasla Karlos Migel Taborda Xistra olacaq.

Qeyd edək ki, “Şükrü Səracoğlu” stadionunda baş tutacaq görüş dekabrın 6-da Bakı vaxtı ilə saat 22:00-da start verəcək.