Musleradan şad xəbər
03.12.2012 - 21:59
 Musleradan şad xəbər
“Qalatasaray”ın əsas qolkiperi Fernando Muslera Çempionlar Liqasının qrup mərhələsində komandasına kömək edə biləcək. Apasport.az saytının məlumatına görə, uruqvaylı əlcək sahibi Türkiyə Superliqsının 14-cü turunda "Qaziantepspor"la oyunda zədələndiyi üçün, ”Braqa” ilə qarşılaşmada meydana çıxması sual altında idi.

Bu gün isə komandası ilə birgə Portuqaliyaya gedən Muslera, dekabrın 5-də “sarı-qırmızılılar”ın əsas heyətində yer alacaq.

Hava limanında jurnalistlərin suallarını cavablandıran “Qalatasaray”ın idarə heyətinin üzvü Abdurrahim Albayrak, Musleranın hazırkı vəziyyətinin yaxşı olduğunu və onun ”Braqa” ilə matçda “Cim-Bom”un ilk “11-liy”də meydana çıxacağını bildirib.

Qeyd edək ki, Fernando Muslera zədələndiyi "Qaziantepspor"la oyunda, “Qalatasaray” qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayrılmışdır.