Quti yenidən “Beşiktaş”a gəlmək istəyir
03.12.2012 - 22:53
Quti yenidən “Beşiktaş”a gəlmək istəyir
2 il bundan öncə “Beşiktaş”ın səs-küylü transferlərindən olan, lakin performansı bəyənilməyən Quti Hernandez, sabiq komandasına mesaj göndərib. Apasport.az saytının məlumatına görə, ispaniyalı veteran futbolçu “Twitter” sosial şəbəkəsində İstanbul klubunda baş məşqçi olaraq çalışmaq istədiyini bildirib.

Qeyd edək ki, Quti 2010-2011 mövsümündə “Real”dan “Beşiktaş”a keçmişdir. Lakin “ağ-qaralar”ın rəhbərliyi 36 yaşlı futbolçunun performansından razı qalmadığı üçün onu komandadan uzaqlaşdırmışdır. Bundan sonra klubsuz qalan Hernandez, heç bir komanda ilə müqavilə bağlamamışdır.