Sneyder “İnter” rəhbərliyi ilə görüşdü
03.12.2012 - 23:29
“İnter”də pis günlərini keçirən və mövsümün əvvəlindən bu yana rəhbərliklə məsələsinə son qoya bilməyən Uesli Sneyder bu gün Milan təmsilçisi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, futbolçu ilə birlikdə iclasa qatılan onun meneceri Soren Lerbi, rəhbərliyə hollandiyalı yarımmüdafiəçi üçün göndərilən transfer təkliflərini təqdim edib.
İclasdan sonra mətbuat qarşısına çıxan Lerbi Sneyderin yaxın günlərdə transfer ediləcək xəbərlərinə son qoyulacağını bildirib.
Uesli isə maaşının aşağı endirilməsi ilə razılaşmadığını vurğulayıb: “İnter”lə yenidən müqavilə bağlamaq niyyətim yoxdur. Məsələ ilə bağlı içimdən heç nə danışmaq gəlmir. Lazım olan açıqlamaları yaxın günlərdə edəcəm”.
Qeyd edək ki, Sneyderlə “Fənərbaxça”, PSJ, “Tottenhem” və “Şalke” yaxından maraqlanır.

0
0