Cavid Hüseynov 8 dəqiqə oynadı, komandası qələbə qazandı
04.12.2012 - 00:37
Cavid Hüseynov 8 dəqiqə oynadı, komandası qələbə qazandı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Dəmirspor” klubu Türkiyə PTT I Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Adana təmsilçisi ölkə çempionatının XIV turu çərçivəsində “Kartalspor”la münasibətlərinə aydınlıq gətirib.

Hüseynovun 8 dəqiqədə meydanda mübarizə apardığı görüşdə “Adana Dəmirspor” rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Ərciyəsspor” isə “Adanaspor”la oyunda 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Cihan baş məşqçi tərəfindən komandasının "18-liy"nə belə daxil etməyib.

Türkiyə PTT birinci liqası
14-cü tur


3 dekabr
“Adana Dəmirspor” - “Kartalspor” - 2:1
Junior, 15, E.Özgür, 50 - M.Uslu, 89 pen

“Ərciyəsspor” - “Adanaspor” - 1:2