Nəziri meydana çıxmadı, amma komandası 3 xala sevindi
04.12.2012 - 01:31
Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası ölkə çempionatının 20-ci turu çərçivəsində “CSKA Rapid”lə görüşüb.
Doğma publika önündə meydana çıxan “Milsami”, ilk hissədə rəqibin müqaviməti ilə üzləşib. İkinci yarıda isə həmyerlimizin komandası “CSKA Rapid”in qapısından 2 cavabsız top keçirib.
Təəssüf ki, Moldova təmsilçisinin baş məşqçisi Elhada yenə şans verməyib.
Qeyd edək ki, hazırda “Milsami” 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Moldova çempionatı
20-ci tur
“Milsami” - “CSKA Rapid” - 2:0
C.Geti, 69, Quilherme, 76

0
0