Burak Yılmaz “ən yaxşı 11-lik”də yer ala bilər
04.12.2012 - 03:30
Burak Yılmaz “ən yaxşı 11-lik”də yer ala bilər
UEFA rəsmi internet saytında 2012-ci ilin “ən yaxşı 11-liy”nin namizədlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hücumçuların yer aldığı siyahada “Qalatasaray”ın forvardı Burak Yılmazda var.

Bu mövsüm Çempionlar Liqasında 5 qol vuran türkiyəli futbolçunun rəqibləri arasında, Lionel Messi ilə Kriştianu Ronaldo kimi ulduz oyunçularında adları göstərilib.

Qeyd edək ki, siyahıda 37 futbolçu yer alıb. Bunlardan da ən çoxu “Real”ın (6), “Barselona”nın (5) və “Çelsi”nin (5) şərəfini qoruyur.




Qapçılar
İ.Kasilyas (Real)
C.Buffon (Yuventus)
M.Noyer (Bavariya)
P.Çex (Çelsi)

Müdafiəçilər
A.Barzaqli (Yuventus)
M.Hummels (Borusiya)
E.Kol (Çelsi)
B.İvanoviç (Çelsi)
X.Alba (Barselona)
X.Pike (Barselona)
X.Maskerano (Barselona)
V.Kompani (Mançester Siti)
F.Lam (Bavariya)
Pepe (Real)
S.Ramos (Real)

Yarımmüdafiəçilər
X.Alonso (Real)
M.Özil (Real)
Xavi (Barselona)
A.İnyesta (Barselona)
Y.Blaşikovski (Borusiya)
M.Reus (Borusiya)
E.Hazard (Çelsi)
X.Mata (Çelsi)
K.Markizio (Yuventus)
A.Pirlo (Yuventus)
D.Silva (Mançester Siti)
Y.Ture (Mançester Siti)

Hücumçular
B.Yılmaz (Qalatasaray)
L.Messi (Barselona)
K.Ronaldo (Real)
Z.İbrahimoviç (PSG)
S.Aquero (Mançester Siti)
E.Kavani (Napoli)
D.Droqba (Şanxay Şenxua)
K.Huntelaar (Şalke)
R.Levandovski (Borusiya)
R. van Persi (Mançester Yunayted)
R.Falkao (Atletiko)
M.Gomes (Bavariya)