Portuqaliyalılar “Cim-Bom”dan çəkinir
04.12.2012 - 04:32
Portuqaliyalılar “Cim-Bom”dan çəkinir
Çempionlar Liqsının H qrupunun son oyun günündə “Qalatasaray”ı qəbul edəcək “Braqa”, rəsmi internet saytında azarkeşlərini onları dəstəkləmək üçün maraqlı çağırış edib. Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçisi “Osmanlı imperiyası xristiyanlığın ən yaşlı şəhərinə gəlir” - sözlərini yazıb.

Qeyd edək ki, H qrupunda mübarizə aparan komandaların oyunu dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də start verəcək. Portuqaliya təmsilçisinin qrupda 3, “Cim-Bom”un isə 7 xalı var.