“Yarasalar” Valverdeyə tapşırıldı
04.12.2012 - 05:56
“Yarasalar” Valverdeyə tapşırıldı
“Valensiya”ya yeni baş məşqçi təyin edildi. Apasport.az saytının məlumatına görə, bundan sonra “yarasalar”ı mövsümün sonuna qədər Ernesto Valverde çalışdıracaq.

48 yaşlı mütəxəssisin daha öncə iş yeri “Atletik Bilbao”, “Espaniyol”, “Vilyareal” və Yunanıstan təmsilçisi “Olimpiakos” olub. Valverdenin baş məşqçi karyerasında ən böyük uğurları, “Atletik Bilbao”nu Avropa Liqasının və İspaniya Kral kubokunun yarınfinal mərhələsinə qədər aparması olub. 2007-ci ildə isə “Espaniyol”la Avropa Liqasının finalına yüksəlmişdir.

Qeyd edək ki, Ernesto Valverde “Valensiya”ya, İspaniya La Liqasının 14-cü turunda "Real Sosyedad”a 5:2 hesablı məğlubiyyətdən sonra istefa verən Manuel Pelleqrinin əvəzinə gətirilib.