Joze Mourinyo “Real”da xoşbəxtdir
04.12.2012 - 06:29
“Mən işimi görürəm. Mənim bu komandada bir problemim yoxdur. Niyə Prezident Florentino Peresdən soruşmursunuz ki, mən Madriddə xoşbəxtəmmi? Daha mən bu söhbət haqqında danışmayacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo bildirib.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının G qrupunun son oyun günündə “Ayaks”la qarşılaşacaqları matçdan öncə mətbuat konfransı keçirib. Avropa kuboklarında 101-ci görüşünə çıxacaq çalışdırıcı, daha sonra “Real”ın qrupdakı performansını dəyərləndirib: “Belə bir çətin qrupdan çıxmaq böyük uğurdur. Çünki qrupda qalmaq riskləri var idi. Növbəti mərhələyə keçməyimizi rəsmiləşdirdiyimiz üçün Hollandiya klubuna qarşı matça rahat çıxacağıq”

0
0