Badştuber 6 ay meydanlardan uzaq qaldı
04.12.2012 - 07:17
Badştuber 6 ay meydanlardan uzaq qaldı
Almaniya Bundesliqasının 15-ci turunda “Bavariya” - “Borusiya” matçında zədələnən Holger Badştuber 6 ay yaşıl meydanlarından kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, hələ 11 gün bundan öncə komandasının heyətinə qatılan Almaniya millisinin müdafiəçisi, matçın 35-ci dəqiqəsində zədələnərək oyunu yarımçıq buraxmaq məcburiyyətində qalmışdır.

Bununla da Aryen Robben, Luiz Qustavo, Emre Can və Lukas Raederin ardınca Holger Badştuber Münhen təmsilçisində 5-ci zədəli futbolçu olub.

Qeyd edək ki, Bundesliqanın 15-ci turunda “Bavariya” doğma publika önündə Dortmund “Borusiya” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.