Nikola Anelka ilə Ernan Krespo PSJ-də
04.12.2012 - 07:45
Ötən mövsümün 2-ci dövrəsində “Çelsi”dən ayrılaraq Çin çempionatında top qovmağa yollanan Nikola Anelka ilə Ernan Krespo, hazırda PSJ-nin təlim məşq bazasında hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, vaxtı ilə Paris klubunun şərəfini qoruyan fransalı futbolçu, yerli mətbuata sadəcə PSJ-ni ziyarət etdiyi üçün gəldiyini bildirib.
Argentinalı forvardın əsas komanda ilə birgə məşq etməsi isə diqqətdən yayınmayıb.
Qeyd edək ki, Krespo sonuncu dəfə Hindistan çempionatında çıxış edib və hazırda klubsuzdur. 37 yaşlı futbolçu “Parma” və “Milan”ın formalarını geyinərkən baş məşqçi Karlo Ançelottinin sərəncamında çıxış edib.

0
0