Futbolçular hakimi döyüb öldürdülər
04.12.2012 - 09:12
Futbolçular hakimi döyüb öldürdülər
Hollandiyada futbol oyununda bədbəxt hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yan xətt hakimi Rihard Nivenheyzen gənc komandalar arasında yoldaşlıq görüşündə 15-16 yaşlı futbolçular onu döyəndən sonra dünyasını dəyişib.

41 yaşlı hakimin idarə etdiyi “Niv Sloten” – “Beytenboyz” matçında oğlu da iştirak edib. Oyundan bir neçə saat sonra Rihard ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölümün dəqiq səbəbi hələ açıqlanmayıb. Amsterdamdan olan “Niv Sloten”in 15-16 yaşlı futbolçuları hadisə ilə bağlı həbs olunublar.

İnsidenti şərh edən “Ayaks”ın futbolçusu Frank de Bur belə şeyləri yolverilməz sayır: “Bununla nəsə etmək lazımdır. Bu, yalnız sözlərlə yetərli deyil, həddən artıq ciddi məsələdir. Həmin oölanların başında nəsə qısa qapanma var”.