Nikolas Kanales üçün yeni baş məşqçi
04.12.2012 - 09:30
Nikolas Kanales üçün yeni baş məşqçi
Çili milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, ötən ay postundan azad olunan Kladuio Borqini argentinalı Xorxe Sampaoli əvəzləyib. 52 yaşlı çalışdırıcının sonuncu iş yeri Çilinin aparıcı klublarından olan “Universidad de Çili” klubu olub.

Qeyd edək ki, ölkəmizdə oynayan ilk və hələ ki yeganə çilili futbolçu “Neftçi”nin hücumçusu Nikoas Kanalesdir. Bu yay komandamıza gələn 27 yaşlı legioner yığmasında 1 oyun keçirib. Həmin matç bu ilin fevralında Paraqvay yığması ilə yoldaşlıq görüşü olub.