“Qəbələ” haqda film işıq üzü gördü - VİDEO
04.12.2012 - 10:26
“Qəbələ” haqda film işıq üzü gördü - VİDEO
Ölkə futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” klubu bu istiqamətdə daha bir layihəni tamamlayıb. Apasport.az_ın klubun rəsmi saytına istinadən məlumatına görə, ingiltərəli rejissor və yazar Tom Vattla quruluşçu operator Saymon Bissetin çəkdikləri qısametrajlı “Səyahət” filmi işıq üzü görüb.

Qeyd edək ki, filmlə bağlı Azərbaycana səfər edən Vatt Bakıda və Qəbələdə çəkilişlər aparmışdı. Filmin çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak etmişdi.