“Xəzər Lənkəran” – “Bakı” oyununun vaxtı dəyişdirildi
04.12.2012 - 11:17
Topaz Premyer Liqasının VI turun təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Lənkəranda baş tutacaq görüş əvvəlcədən nəzərdə tutulduğundan 1 saat tez başlayacaq. Belə ki, dekabrın 6-da baş tutacaq matç 16:00-da start götürəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” matçının 17:00-da başlaması nəzərdə tutulmuşdu.
Mənbə: pfl.az
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” matçının 17:00-da başlaması nəzərdə tutulmuşdu.
Mənbə: pfl.az
0
0