“Sumqayıt” ev oyununu “Bayıl Arena”da keçirəcək
04.12.2012 - 11:49
“Sumqayıt” ev oyununu “Bayıl Arena”da keçirəcək
Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qəbələ” oyununun yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma “Bayıl Arena” stadionunda baş tutacaq. Dekabrın 8-də baş tutacaq qarşılaşmanın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.

Topaz Premyer Liqası, XVI tur

8 dekabr (şənbə)

14:00. “Sumqayıt” – “Qəbələ”
“Bayıl Arena” stadionu

Mənbə: pfl.az