Keyta İngiltərəyə gedir
05.12.2012 - 02:40
Keyta İngiltərəyə gedir
“Qalatasaray”dan gözlənilmədən Qətərin “Əl-Sədd” klubuna satılan Abdul Qadir Keyta, yaxın günlərdə İngiltərə Premyer Liqasında oynamaq istədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı Kot d’İvuarlı futbolçu özünü Eşli Kol, Patris Evra və Qael Klişi kimi dünyanın ən yaxşı sol cinah müdafiəçilərinin qarşısında test etmək istədiyini bildirib:

“Dumanlı Albionda oynamaq mənim çoxdan ki arzularımdan biridir. Bunun üçün menecerim İngiltərədə işə başlayıb. Mənə elə gəlir ki, xəyallarım 1-2 həftəyə gerçəkləşəcək”.

Qeyd edək ki, Keyta ilə KPR, “Vest Bromvic” və “Sauthemton” yaxından maraqlanır.