“Neftçi”nin rəqibi qara düşdü
05.12.2012 - 09:36
“Neftçi”nin rəqibi qara düşdü
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə görüşəcək İtaliyanın “İnter” klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimizlə sabah keçiriləcək görüşün hazırlıqlarına dünən başlayan Andrea Stramaççoninin yetirmələrinin ilk məşqində əlverişsiz hava şəraiti olub. Belə ki, məşq zamanı yağan qar italiyalıların əhvalını korlayıb. Qısa zaman kəsiyindən sonra yağıntı dayanıb.