Uesli Sneyder Azərbaycan çempionunu gözləyir
05.12.2012 - 09:54
Uesli Sneyder Azərbaycan çempionunu gözləyir
İtaliyanın “İnter” klubunun hollandiyalı ulduzu Uesli Sneyderin problemi qismən həll olunub. Apasport.az saytının məlumatına görə, bir müddət əsas komandadan kənarlaşdırılan hollandiyalı Avropa Liqasının qrup mərhələsinin VI turunun “Neftçi” ilə oyunu öncəsi yoldaşlarına qoşulub. Belə ki, Uesli sabahkı matçın hazırlıqlarına dünən başlayan “İnter”in ilk məşqində iştirak edib. Yenidən əsas komanda ilə məşq edən futbolçunun Azərbaycan çempionu ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.