“Poqon”da ikinci azərbaycanlı
05.12.2012 - 10:24
Polşanın “Poqon” klubunda baxışda olan Nizami Hacıyev Şetsin təmsilçisinin 2-ci azərbaycanlı oyunçusu ola bilər. Apasport.az saytının məlumatına görə, “İnter”in yarımmüdafiəçisinin yollandığı klubun heyətində artıq Azərbaycan milli komandasının 1 üzvü var.
Bu, fəaliyyətini dayandıran qadın yığmamızın üzvü Ana Ələkbərovadır. 2009-cu ildə AFFA tərəfindən ölkəmizin ən yaxşı qadın futbolçusu seçilən milliləşən legionerimiz bu ilin yayından “Poqon”un şərəfini qoruyur.
Bu kluba “Qurnik”dən keçən Ələkbərova yeni komandasında 2 qola da imza atıb. O, Polşa çempionatının güclülər dəstəsində “Mitex” və QOSİR-i məyus edib.

0
0