8 illik rəqabətdə növbəti oyun
05.12.2012 - 10:29
8 illik rəqabətdə növbəti oyun
“Xəzər Lənkəran” I dövrədən təxirə salınmış oyununu bu həftə keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dekabrın 6-da komanda “Bakı”nı qəbul edəcək. VI turun bu matçı rəqiblərin son 19 gündə 2-ci qarşılaşması olacaq. Noyabrın 18-də Bakıda rəqibinə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” bu rəqiblə oyunlardakı ənənəni qırmağa çalışacaq. Belə ki, son 3 oyunda üstünlük paytaxt futbolçularının tərəfinə keçib və onlar ardıcıl qələbələr qazanıblar.

Artıq 31-ci dəfə qarşılaşacaq rəqiblər indiyədək 30 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə “Bakı”nın ümumilikdə 11, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran Lənkəran təmsilçisi 28 dəfə qapısında qol görüb.

Bu matçlardan 23-ü çempionat, 7-si kubok çərçivəsində olub. Çempionatda bakılılar 7, “ağ-yaşıllar” 6 dəfə qalib gəlibsə, 10 matçda heç-heçə qeydə alınıb. Buna baxmayaraq, top fərqində lənkəranlılar öndədir – 23:20. “Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Burada paytaxt təmsilçisi 4, futbolçularımız 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7.

2004/05

22.08.2004

çempionat

s

0:2

2004/05

23.02.2005

çempionat

e

2:0

2005/06

22.08.2005

çempionat

e

0:1

2005/06

17.02.2006

çempionat

s

1:1

2006/07

26.08.2006

çempionat

e

1:0

2006/07

26.02.2007

kubok

s

2:0

2006/07

04.03.2007

kubok

e

0:1

2006/07

17.03.2007

çempionat

s

0:0

2007/08

04.11.2007

çempionat

s

2:2

2007/08

04.05.2008

çempionat

e

0:0

2008/09

26.10.2008

çempionat

s

0:0

2008/09

25.02.2009

kubok

e

0:1

2008/09

11.03.2009

kubok

s

2:2

2008/09

18.04.2009

çempionat

e

3:0

2009/10

25.11.2009

çempionat

e

1:1

2009/10

29.11.2009

çempionat

s

3:0

2009/10

11.04.2010

çempionat

s

0:1

2009/10

15.05.2010

çempionat

e

0:1

2009/10

23.05.2010

kubok

n

1:2

2010/11

02.10.2010

çempionat

e

1:1

2010/11

27.11.2010

çempionat

s

1:1

2010/11

02.04.2011

çempionat

s

0:0

2010/11

27.04.2011

kubok

e

1:0

2010/11

04.05.2011

kubok

s

1:2

2010/11

13.05.2011

çempionat

e

2:0

2011/12

21.10.2011

çempionat

s

2:2

2011/12

21.12.2011

çempionat

e

3:0

2011/12

19.03.2012

çempionat

e

0:1

2011/12

14.04.2012

çempionat

s

1:4

2012/13

18.11.2012

çempionat

s

0:2