“Poqon”un baş məşqçisi azərbaycanlı futbolçudan razı qaldı
05.12.2012 - 12:39
“Belə yoxlama oyunlarından sonra məşqçinin konkret fikir bildirməsi çətindir. Çünki belə qarşılaşmalarda çoxlu səhvlər, yerdəyişmələr olur. Bu üzdən diqqətimi elə də çox çəkən olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Poqon”un baş məşqçisi Artur Skovronek deyib.
Dünən Şçetsin şəhərində “Energetik”lə keçirilən yoxlama oyunundan sonra polşalı jurnalistlər baxışda olan 10 futbolçudan hansını komandaya götürəcəklərinə aydınlıq gətirməyə çalışıb. Ancaq Nizami Hacıyevdən cəmi 2 yaş böyük olan Skovronek həmkarlarımızdan hansı futbolçunu bəyəndiyini gizlətməyə çalışıb.
Bununla belə, 30 yaşlı məşqçi ad çəkməsə də, cinahda çıxış edən bir futbolçunu sözarası bəyəndiyini etiraf edib. Bu, çox böyük ehtimalla, həmin yoxlama oyununda yarımmüdafiənin sol və sağ cinahlarında çıxış etmiş Nizamidir: “Hesab edirik ki, hücumun cinahlarında çıxış edən bir futbolçu yaxşı təsir bağışladı. Biz ona yenə baxacağıq. Çünki bizim başqa planlarımız da var. Əvvəla, onunla pul məsələsində razılığa gəlməliyik, üstəlik bizim başqa yoxlama matçlarımız da olacaq”.
Qeyd edək ki, “Poqon” cari mövsümdən Polşanın elitasında çıxış edir. “Poqon” son turda – dekabrın 1-də autsayder “Podbeskidze”ni 2:0 hesabı ilə məğlub edib. Hazırda Ekstraklassada fasilədir. Nizami isə Polşaya “Rəvan”la oyundan (2:0) sonra yollanıb.

0
0