Yığmamız İsveçlə eyni qrupa düşdü
05.12.2012 - 13:28
Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsində 52 komanda mübarizəyə qoşulacaq. İspaniya isə ən yüksək reytinqli komanda olduğuna görə, mübarizəyə elit-raunddan başlayacaq. İştirakçılar hər birində 4 komanda olmaqla 13 qrupda mübarizə aparacaq.
Yığmamız III qrupda yer alıb. Futbolçularımız İrlandiya, Bosniya və Herseqovina. İsveçlə eyni qrupda mübarizə aparacaq. Qrup oyunlarına ev sahibliyi edəcək ölkə hələ müəyyənləşməyib.
İlk 2 pilləni tutan 26 komanda, eləcə də ən yaxşı 3-cü mübarizəni davam etdirəcək. Onlara elit-raundda İspaniya qoşulacaq. Elit-raundda mübarizə aparacaq 28 komanda 7 qrupa səpələnəcək. Yalnız 1-ci pilləni tutan 7 komanda final mərhələsinə adlayacaq. Həlledici mərhələyə ev sahibliyi edəcək Macarıstan da yarışa qoşulacaq. Yenə komandalar iki səbətə bölünüb.

0
0