Nizami Hacıyevin çıxış etdiyi oyunda maraqlı olay
05.12.2012 - 14:27
Nizami Hacıyevin çıxış etdiyi oyunda maraqlı olay
Nizami Hacıyevin çıxış etdiyi “Poqon” – “Energetik” oyununda maraqlı hadisə yaşanıb. Apasport.az saytının yaydığı məlumata görə, 2 braziliyalı futbolçu hər iki komanda üçün baxış obyekti olub.

Belə ki, Klaudio Sezar Alveş da Kruz və Markuş Barroş bir hissə “Poqon”un, digər hissə “Energetik”in formasını geyinib. Alveş da Kruz ilk hissədə aşağı dəstə təsmilçisində çıxış etsə də, fasilədən sonra Barroşla əvəzlənərək “Poqon”un heyətinə keçib. Məhz Nizamiyə son dəqiqələrdə assistentlik edən və 1 qol vuran 19 yaşlı hücumçu olub. Eləcə də Barroş ilk yarıda “Poqon”un heyətində çıxış edib və fasilədə əvəzlənib. O da həmyerlisi kimi 1 dəfə fərqlənib. Ancaq hər iki futbolçu “Energetik”də çıxış etdiyi müddətdə Şçetsin təmsilçisinə qol vura bilməyib.

Qeyd edək ki, Şçetsində baş tutan bu yoxlama oyunu meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Poqon”un 4-cü qolunu vuran Nizami məşqçilər heyətinin rəğbətini qazana bilib.