Biri İsveç, digəri Rusiyada
05.12.2012 - 14:46
Biri İsveç, digəri Rusiyada
Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarının Avro-2014-ün seçmə mərhələsindəki oyunlarının yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində atılan püşkdən sonra yığmalarımızın harada oynayacağı da dəqiqləşib.

X qrupda Rusiya, İslandiya və Slovakiya ilə mübarizə aparacaq U-17 oyunlarını 2013-cü il sentyabrın 21-dən 26-dək keçirəcək. Matçlar Rusiyada baş tutacaq.

U-19-un qarşılaşmaları isə İsveçdə keçiriləcək. 2013-cü il oktyabrın 10-dan 15-dək millimiz meydan sahibləri, İrlandiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Mənbə: affa.az