“Xəzər Lənkaran”la oyunda yubiley
05.12.2012 - 16:06
“Xəzər Lənkaran”la oyunda yubiley
Topaz Premyer Liqasının XVI turunun “Xəzər Lənkaran”la oyunu “Simurq”un baş məşqçisi Georgi Çixradze üçün əlamətdar olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala şəhər stadionunda dekabrın 10-da, saat 16:00 start götürəcək matç gürcüstanlı çalışdırıcı komandasını yubiley - 25-ci dəfə meydana çıxaracaq.

Ötən mövsümün XXIV turundan “Simurq”a rəhbərlik edən Çixradzenin başçılığı altında komanda 24 oyunda 10 qələbə, 10 heç-heçə əldə edərək, 4 məğlubiyyətə üzülüb. “Sarı-qaralar” bu görüşlərdə 25 dəfə qol sevinci yaşayıblar və rəqiblərin 15 qoluna əngəl ola bilməyiblər.

Çixradzeli “Simurq”da ən çox qeydə alınan hesab 2:1-dir. Onlar 6 belə qarşılaşmada 3 dəfə meydandan qalib ayrılıblar. Zaqatala təmsilçisi gürcü mütəxəssislə Premyer Liqada ən çox “Turan” və “Sumqayıtla” üz-üzə gəlib. Tovuzlularla görüşlərdə 3 heç-heçə, 1 qələbə əldə edilibsə də, sumqayıtlılarla oyunların hamısında “sarı-qaralar” qalib gələn tərəf olub.

Komandanın Çixradze ilə qazandığı ən böyük hesablı qələbə isə cari mövsümə təsadüf edib. III turda “Simurq” doğma arenada “Turan”a 3:0 hesabı ilə qalib gəlib.

2011/12 mövsümü
XXIV tur – “Simurq” - “Turan” - 1:1
XXV tur – “Sumqayıt” - “Simurq” - 1:2
XXVI tur – “Simurq” – AZAL - 1:2
XXVII tur – “Rəvan” - “Simurq” - 0:0
XVIII tur – “Turan” - “Simurq” - 0:0
XIX tur – “Simurq” - “Sumqayıt” - 2:1
XXX tur – AZAL - “Simurq” - 0:0
XXXI tur - “Simurq” - “Rəvan” - 1:1
XXXII tur – “Kəpəz” - “Simurq” - 0:1

2012/13 mövsümü
I tur – “Simurq” 1:1 “Qəbələ”
II tur – “Bakı” - “Simurq” - 0:0
III tur – “Simurq” - “Turan” - 3:0
IV tur – “Xəzər Lənkəran” - “Simurq” - 0:2
V tur- “Rəvan” - “Simurq” - 0:2
VI tur – “Simurq” - “Kəpəz” - 2:1
VII tur – “Qarabağ” - “Simurq” - 0:0
VIII tur – “Simurq” - “Sumqayıt” - 1:0
IX tur – “İnter” - “Simurq” - 1:0
X tur – “Simurq” – AZAL - 1:1
XI tur – “Neftçi” - “Simurq” - 2:1
XII tur – “Turan” - “Simurq” - 1:1
XIII tur – “Qarabağ” - “Simurq” - 2:1
XIV tur – “Simurq” - “İnter” - 1:0
XV tur – “Sumqayıt” - “Simurq” - 0:1