Yığmamızın Dubaya gedəcəyi tarix bilindi
05.12.2012 - 16:37
Yığmamızın Dubaya gedəcəyi tarix bilindi
Azərbaycan millisinin 2013-cü ildə ilk təlim-məşq toplanışının vaxtı açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçəcək.

Təlim-məşq toplanışı çərçivəsində Berti Foqtsun yetirmələri 2 beynəlxalq yoldaşlıq matçında da qüvvələrini sınayacaqlar. Komandamız fevralın 1-də Özbəkistan, 5 gün sonra 6-da isə Lixtenşteyn millisi ilə üz-üzə gələcək.