“Neftçi” ilə görüşdə elə oyunçulara şans verəcəm ki...”
05.12.2012 - 16:49
“Neftçi” ilə görüşdə elə oyunçulara şans verəcəm ki...”
“Buna məni indiki vəziyyət məcbur edir. Çünki İtaliya çempionatının bazar günü baş tutacaq oyununu düşünməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib.

Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Neftçi”ni qəbul edəcək milanlıların çalışdırıcısı mətbuat konfransı keçirib.

Daha çox klubdaxili məsələlərdən, o cümlədən Uesli Sneyderlə bağlı problemdən danışan mütəxəssis “Neftçi”dən daha çox A seriyasının “Napoli” ilə oyununa önəm verdiyini bildirib: “Bu üzdən aparıcı futbolçularımızın enerjisini qorumağı məqsədəuyğun sayıram. “Neftçi” ilə görüşdə elə oyunçulara şans verəcəm ki, bütün futbolçularımız Avroliqa həyəcanı yaşamış olsun. Bəlkə də cəza üzündən oyun praktikası olmayan Antonio Kassanonu “Neftçi” ilə qarşılaşmada meydana buraxdım. Lakin onu çox yükləmək də istəmirəm. Onun qayıdışı çox vacibdir”.

Qeyd edək ki, “İnter” “Neftçi” ilə sabah, “Napoli” ilə dekabrın 9-da qarşılaşacaq.